Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 14:01

Mayın 7-də Böyük Britaniyada parlament seçkiləri keçirilir.

Bu seçki ölkənin Avropa Birliyinə üzvlüyünü sual altında qoya bilər və Şotlandiyanın müstəqillik qazanması şansını artıra bilər.

Səhər saat 7-dən başlayan səsvermələr axşam saat 10-dək davam edəcək.

İlk dəfədir ki, səsvermə internetlə də keşirilir.

Seçkilərdə 50 milyon adamın səsvermə hüququ var.

650 yerlik icmalar palatasına seçki majoritar qaydada keçirilir.

Əsas mübarizənin baş nazir David Cameronun Mühavizəkar partiyası ilə Ed Milibandın rəhbərlik etdiyi Əmək partiyası arasında olacağı gözlənilir.

Bu partiyaların hər biri hesab edir ki, səslərin əksəriyyətini qazanacaq.

Amma rəy sorğuları kiçik partiyaların bu dəfə böyük dəstəyə malik olduqlarını göstərir.

Bu o deməkdir ki, daha çox səs toplayan partiya hökumət yaratmaq üçün kiçik partiyalarla danışıqlara getməli olacaq.

Seçkinin yekun nəticəsi mayın 8-də bəlli olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG