Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:47

-

"Biz onu 10 illik evlilikdən sonra tapmışıq. Uzun müalicələrdən sonra düznyaya gətirmişəm. İndi vəziyyəti hər gün daha da ağırlaşır".

Bakı sakini Zərifə Məmmədova AzadlıqRadiosunun "Qaynar xətt"inə zəng edərək 9 yaşı övladı Səmədin beynində təcili cərrahiyyə əməliyyatı üçün vəsait tapa bilməməsindən şikayətlənib. Onun sözlərinə görə, pulsuzluqdan iki ildir ki, yerli həkimlərin müayinələri ilə kifayətlənməli olur.

İLKİN MƏRHƏLƏDƏ 15-20 MİN DOLLAR TƏLƏB OLUNUR

"Mənim Səməddən başqa övladım yoxdur. Həyat yoldaşım 6 il əvvəl qəzada həlak olub. Səçədi təkbaşına böyüdürəm. Özüm də qəzada yaralanmışdım, ikinci qrup əliləm. Xəstəliyim əmək fəaliyyəti ilə məşğul olmağa imkan vermir. 67 manat əlillik pensiyası alıram. Səməd ağır xəstədir. Burda bir neçə xəstəxanaya aparmışam, əksinə, şüaya verib xəstə uşağın vəziyyətini daha da ağırlaşdırıblar. İndi ya İrana, ya da Almaniyaya aparmaq lazımdır. Təkcə əməliyyata görə 15-20 min dollar tələb olunur. Hələ əməliyyatdan sonrakı xərcləri demirəm... Azı 1 ildir ki, gedirəm Səhiyyə Nazirliyinə, qayıdıb gəlirəm, dərdimi eşidən yoxdur".

Ananın sözlərinə görə, övladı 2 ildir səhhətinə görə təhsildən də geri qalıb. Bundan başqa, beynindəki problem onun görmə və eşitmə qabiliyyətini də sıradan çıxarıb.

NAZİRLİK "YOX" CAVABINI ƏSASLANDIRMALIDIR

Səhiyyə Nazirliyindən "Qaynar xətt"ə bildirilib ki, ölkə daxilində müalicəsi mümkün olmayanların xaricdə müalicə, yaxud əməliyyatla bağlı ərizələri Nazirliyin Vətəndaşları Respublikadan Kənar Müalicəyə Göndərən Komissiyasına göndərilir. Komissiya xəstənin xaricdə müalicəyə göndərilməsinə ehtiyac olub-olmadığını araşdırır. Nazirlikdən onu da bildiriblər ki, Səməd Məmmədovun xaricdə əməliyyatı ilə bağlı valideyni tərəfindən belə bir ərizəsi daxil olmayıb. Ola bilsin ki, o, nazirliyə şifahi müraciət edib. Əgər rəsmi müraciət olsa, komissiya onun ərizəsini araşdıracaq.

Hüquqşünas İlqar Şahbazov da azyaşlının əməliyyatı ilə bağlı Səhiyyə Nazirliyinin Vətəndaşları Respublikadan Kənar Müalicəyə Göndərən Komissiyasına müraciət etməsini tövsiyə edir:

"Hər il büdcədən belə məsələlərə görə milyonlarla pul ayrılır. Komissiya müraciəti təmin etmədiyi halda bunu ciddi əsaslandırmalıdır. Zərifə Məmmədova "yox" cavabı aldığı halda komissiyanın qərarını əldə edib məhkəməyə müraciət edə bilər".

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG