Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:14

Novruz Məmmədov: «Azərbaycan bundan başqa variantlara gedən deyil»


Novruz Məmmədov

Novruz Məmmədov

-

«Müasir beynəlxalq münasibətlər sistemində əslində bu, bir utanc gətirən prosesdir. Əslində, indiki dövrdə proseslər açıq və şəffaf olmalıdır».

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı səslənən beynəlxalq tənqidlərə münasibət bildirərkən deyib.

N.Məmmədov bildirib ki, demokratiya istiqamətində addımlar atan, regionda liderə çevrilmiş bir dövlətə qarşı bu cür kampaniyanın keçirilməsi onlara başucalığı gətirə bilməz:

«Bunların hamısı boş şeylədir. Biz xalqa, özümüzə arxayınıq. Çünki xalq bu proseslərin mahiyyətini başa düşür. Onlar bu cür addımlarla nəsə əldə edə bilməyəcəklər. Düşünürəm ki, bu, dünyada geosiyasi maraqları həyata keçirmək üçün ifrat dərəcədə istifadə olunan atılan addımlardan biridir. Azərbaycanın müstəqil xarici siyasət kursu var, bu kurs ilə bütün dövlətlərlə əməkdaşlıq edir. Azərbaycan bundan başqa variantlara gedən deyil».

Birinci Avropa Oyunları iyunun 12-dən 28-dək keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG