Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 08:57

İran yük gəmisini və heyətini buraxıb


Hörmüz boğazında təlim, fevral, 2015-ci il

Hörmüz boğazında təlim, fevral, 2015-ci il

-

İranın dövlət mediasının məlumatına görə, aprelin sonunda Hörmüz boğazında İranın patrul gəmiləri tərəfindən saxlanmış yük gəmisi buraxılıb. Marşal adalarının bayrağını daşıyan gəminin 24 nəfərlik heyəti də azad olunub.

Maersk Tigris gəmisi aprelin 28-də Danimarkanın Maersk gəmiçilik şirkətinin İran özəl şirkətinə borcuna görə saxlanıb. İran hakimiyyəti deyirdi ki, Maersk Tigris və heyət illərlə yığılmış borc ödəndiyi halda buraxıla bilər.

İran xarici işlər nazirliyinin sözçüsü Marzieh Afkham mayın 6-da deyib ki, tərəflər danışıqlar aparır, məsələ həll olunmaq üzrədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG