Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:38

ABŞ Senatı İran nüvə məsələsini səsə qoyacaq


ABŞ dövlət katibi John Kerry (solda) iranlı həmkarı Mohammad Javad Zarif ilə İsveçrədə, mart, 2015-ci il

ABŞ dövlət katibi John Kerry (solda) iranlı həmkarı Mohammad Javad Zarif ilə İsveçrədə, mart, 2015-ci il

-

Mayın 7-də ABŞ Senatı İranla yekun nüvə sazişinə baxılması üçün Konqresə səlahiyyət verilməsinə dair respublikaçıların təklifini səsə qoyacaq. İranla altı fövqəldövlət nüvə proqramının məhdudlaşdırılması və sanksiyaların qaldırılması üçün yekun saziş əldə etməyə çalışır. İlkin razılaşma aprelin 2-də imzalanıb.

Respublikaçılar təklif edib ki, Konqresə həmin qanunu nəzərdən keçirib Tehrana daha sərt şərtlər qoyulması üçün səlahiyyət verilsin.

Tehran respublikaçıların hazırladığı aktı tənqid edib, bildirib ki, danışıqlar altı dövlətlə aparılır, bir ölkənin qanunvericiləri ilə deyil.

Aktın bir çox maddələri “zəhərli həblər” adlandırılır, belə ki, bu müddəalar prezidentin sənədə veto qoyması ilə nəticələnə bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG