Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:24

-

Mayın 7-də səhər "Tour d’Azerbaïdjan-2015" veloyürüşünün ikinci mərhələsinin startı Veloparkdan verilib.

Velosipedçilər 187 km məsafə qət etməklə İsmayıllıda mərhələni başa vuracaqlar.

Xəbəri Velosiped İdmanı Federasiyası yayıb.

Mayın 6-da keçirilmiş ilk mərhələdə Azərbaycanın "Synergy Baku" komandasının üzvü Elçin Əsədov Dövlət Bayrağı Meydanından start götürən 154 km-dən ibarət marşrutun dağ mərhələsində hamıdan yaxşı nəticə göstərib.

Sloveniyanın "Adria-Mobil" komandasının üzvü Marko Kump 3 saat, 36 dəqiqə, 59 saniyə nəticə ilə məsafəni hamıdan tez qət edib və mərhələ qalibi olub. İtaliyanın "Androni Giocattoli" komandasının üzvü Françesko Kiki, "Synergy Baku" və Elit yığma komandasının üzvü Maksim Averin isə 2-3-cü yerləri tutublar. Yaşı 23-ə qədər olan velosipedçilərin mübarizəsində isə Belarusun "Minsk" komandasının üzvü Vladimir Harakavik fərqlənib.

"Tour d’Azerbaïdjan-2015" veloyürüşü mayın 10-a qədər davam edəcək. 5 günlük yarışda 24 ölkəni təmsil edən 25 komanda mübarizə aparır.

Bu yarış Rio-2016 Yay Olimpiya Oyunlarına lisenziya verir.

XS
SM
MD
LG