Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:53

-

Baş nazir Benjamin Netanyahu İsrailin yeni koalisiya hökumətini formalaşdırıb.

Prezident Reuven Rivlin-in ofisi bildirib ki, Netanyahu mayın 6-da gecə zəng edib və işin tamamlandığını bildirib. Netanyahu-nun ofisindən bir rəsmi də razılaşmanın əldə olunduğunu təsdiqləyib.

Danışıqlara görə sərt xətt tərəfdarı olan Yəhudi Ev Partiyası ilə marafon danışıqları aparılıb. Partiya lideri Naftali Bennet rəsmi tvitter səhifəsində yazıb ki, “danışıqlar bitib, işə başlayırıq”.

Əvvəlki hökumətdə iqtisadiyyat naziri olmuş Bennett-in Netanyahu ilə münasibətləri sərtdir.

Netanyahu koalisiyanın başında duracaq, 120 yerli parlamentdə isə cəmi 61 yer koalisiyanın olacaq. Netanyahu-nun Likud partiyası martın 17-də keçirilən seçkilərdə parlamentdə 30 yer qazanıb.

Koalisiya danışıqları bu həftə qısa müddətə dayandı. Xarici işlər naziri Avigdor Lieberman istefa verdi və dünyəvi millətçi Yisrael Beitenu partiyasının müxalifətə qoşulduğunu elan etdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG