Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:39

-

Azərbaycan alpinistləri Dağıstan Alpinizm Federasiyasının təşkil etdiyi alpiniadada iştirak etmək üçün qonşu ölkəyə yollanıblar.

Onlar Dağıstanın Şalbuzlaq (4142 m) zirvəsinə məşq qalxmasını həyata keçirirlər. Bundan başqa, azərbaycanlı və rusiyalı alpinistlər iki ölkənin sərhədində yerləşən Bazardüzü (4466 m) zirvəsinə birgə qalxmağı planlaşdırırlar.

On bir nəfərlik qrupda təcrübəli alpinistlərlə yanaşı, idmanın bu növündə ilk addımlarını atan şəxslər də var.

Heyətə Azərbaycan Alpinizm Federasiyasının üzv klubları - “Nikoyl Bank”, “İrbis”, “Dağ” idman klubu” və “Dolphin Baku Diving” mərkəzinin təmsilçiləri daxildirlər.

Xəbəri Alpinizm Federasiyasının mətbuat xidməti yayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG