Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:40

-

ABŞ Dövlət katibi John Kerry mayın 6-da Riyada gedib. O, Səudiyyə Ərəbistanı və Yəmən liderləri ilə Yəməndəki münaqişəni müzakirə edəcək.

Kerry deyib ki, döyüşlərdə “humanitar fasilə”yə nail olmaq istəyir, çünki “durum gün-gündən pisləşir”.

Dövlət katibi Yəmənin ölkəyə xarici qüvvələrin dəvət olunması təklifindən danışmayıb. Yəmən mayın 6-da BMT-nin Təhlükəsizlik Şurasına məktubunda belə bir təkliflə çıxış edib.

Kerry-nin Yəmənin Səudiyyəyə sığınmış prezidenti Abd-Rabbuh Mansur Hadi ilə görüşəcəyi gözlənir. Hadi husi yaraqlıları tərəfindən devriləndən sonra Səudiyyəyə qaçıb.

Bu arada Yəməndə toqquşmalar güclənib. Husi yaraqlıları Səudiyyə Ərəbistanı ilə sərhədə raketlər atır. Səudiyyə martdan husilərə hava zərbələri endirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG