Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:28

Nyu York şəhəri məktəb təqviminə iki müsəlman bayramını daxil edib


Bundan əvvəl Massaçussets, Miçiqan və Nyu Cersi də daxil olmaqla bir neçə bələdiyyə Ramazan və Qurban bayramlarını məktəblərin tətil təqviminə daxil etmişdilər.

Nyu York şəhəri müsəlmanların iki müqəddəs bayramında dövlət məktəbləri üçün tətil edən ilk ABŞ meqapolisi olub.

Bu barədə bəyanatı şəhər meri Bill de Blasio verib. Beləliklə, müsəlman bayramı günlərində Nyu Yorkun 1, 1 milyonluq şagird və tələbə ordusu məktəblərə getməyəcək.

Bundan əvvəl Massaçussets, Miçiqan və Nyu Cersi də daxil olmaqla bir neçə bələdiyyə Eid al-Fitr (Ramazan) və Eid al-Adha (Qurban) bayramlarını məktəblərin tətil təqviminə daxil etmişdilər.

Cənab de Blasio deyib ki, “bu, adi bir ədalət məsələsi” idi.

“The New York Times” qəzeti yazır ki, Nyu York merinin bəyanatı illərdir bu bayramların tanınması üçün mübarizə aparan müsəlman fəallar tərəfindən qələbə kimi qiymətləndirilib.

ABŞ-ın ən böyük müsəlman vətəndaş qrupu Amerika-İslam Əlaqələri Şurasının rəhbəriIbrahim Hooper meriyanın bu addımını alqışlayıb.

Lakin qəzet yazır ki, bu istiqamətdə müəyyən çətinliklər qalmaqda davam edir. Məsələn, Montqomeri nahiyəsində təhsil rəsmiləri müsəlman bayramlarının məktəblərdə qeyd olunmaması üçün bütün qalan dini bayram tətillərini də ləğv ediblər.

XS
SM
MD
LG