Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:38

İslamı qəbul etmiş məşhur müğənnilər


-

1. BUSTA RHYMES

Məşhur Amerika repçisi Busta Rhymes İslamı 2007-ci ildə qəbul edib.

Rhymes deyir ki, İslam onun ruhunu qidalandırmaqla yanaşı həm də gerçəklikdən qopmasına imkan vermir.

Amma müğənni bir il sonra buraxdığı "Ərəb pulları" albomu ilə xeyli müsəlmanı qəzəbləndirmişdi. Albomdakı eyniadlı mahnıda Yaxın Şərq zənginlərinin bitib-tükənməyən sərvətlərindən bəhs edilir. Bəziləri bunu ərəblər barədə stereotip yaratmaq cəhdi kimi anlamışdılar.

Busta Rhymes
Busta Rhymes

2. JERMAİNE JACKSON

Müğənni, gitaraçı və bəstəkar Jermaine Jackson pop kralı Michael Jackson-un qardaşıdır. Jermaine İslamı 1989-cu ildə - Bəhreynə səfər etdikdən sonra qəbul edib.

Bundan sonra o, Həlimə Rəşid adlı əfqan qadınla ailə qurmuş və "xristianlığın cavablandıra bilmədiyi sualların cavabını İslamda tapdığını" demişdi.

Jermaine Jackson
Jermaine Jackson

3. ICE CUBE

Məşhur repçi İslama ötən əsrin 90-cı illərində - karyerasının başlanğıcında tapınıb.

Deyir ki, "o, elə təbiətən müsəlmandır. Çünki bir özüdür, bir də Allahı".

İce Cube
İce Cube

4. YUSUF İSLAM

Əsl adı Steven Demetre Georgiou-dur, səhnəyə Cat Stevens kimi gəlib. 1977-ci ildə İslamı qəbul edib. Bundan sonra səhnədə az-az görünüb. Son illər yenidən oxumağa başlayıb.

Yusuf Islam
Yusuf Islam

5. SNOOP DOGG

Qalmaqallı repçi İslamı 2009-cu ildə qəbul edib. Hətta Amerikadakı İslam icmalarına iyanə də verib.

Amma çox keçməmiş onun Rastafari Hərəkatına qoşulduğu məlum olub (hərəkat xristianlıq və başqa dini təlimlər əsasında 40 il qabaq yaradılıb)

Snoop Dogg
Snoop Dogg

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG