Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:11

Ən müxtəlif rəy sorğuları göstərib ki, bu gün keçirilən Britaniya seçkiləri ölkənin tarixində ən gərgin seçkilərdən biri olacaq.

Ən müxtəlif rəy sorğuları göstərib ki, bu gün keçirilən Britaniya seçkiləri ölkənin tarixində ən gərgin seçkilərdən biri olacaq.

Mühafizəkarlar Partiyasının lideri, baş nazir David Cameron və ana müxalifət olan Leyboristlər Parttiyasının başçısı Ed Miliband rəy sorğularında və televiziya debatlarında təxminən eyni nəticələri göstəriblər.

Təhlilçilər bildirirlər ki, bu seçkinin nəticəsindən asılı olaraq Britaniyanın yaxın gələcək üçün həlledici kursu müəyyənləşəcək. Cameron vəd edib ki, seçkilərdə qalib gələrsə, Britaniyanın Avropa İttifaqında qalıb-qalmaması məsələsini referenduma çıxaracaq.

Bu seçkinin sürprizlərindən biri də Şotlandiya Millətçi Partiyasının üçüncü siyasi qüvvəyə çevrilməsidir.

Şotlandiyanın müstəqilliyi referendumunda məğlub olsa da, bu partiya gələcək Britaniya hökumətinin təşkilində aparıcı rollardan birini oynaya bilər.

Beləki seçkilərdə kimin qalib gəlməsini də Şotlandiya millətçiləri həll etmiş ola bilərlər.

Məhz buna görə də mühafizəkarlar və leyboristlər artıq indidən bir-birlərini şotlandlarla məxfi sövdələşmələrdə ittiham edirlər.

Leyboristlər iddia edirlər ki, onlar əhalinin yoxsul təbəqələrini təmsil edirlər. Bunda müəyyən qədər həqiqət var, çünki leyboristlərin elektoratında miqrantlar, başqa sözlərlə dövlət müavinətlərindən asılı olanlar əsas yer tuturlar. Leyboristlər isə dövlət büdcəsini müavinətlərə yönəltmək meylləri ilə tanınırlar.

Beş il əvvəl keçirilən seçkilərdə mühafizəkarlar parlament çoxluğuna malik ola bilməyəndə liberal-demokratlarla koalisiyaya girmişdilər.

Ötən 5 ildə başqa bir siyasi partiya – ifrat sağçı Britaniya Müstəqillik Partiyası (UKİP) populyarlaşıb.

Bu partiya daha çox anti-miqrasiya siyasətinə tərəfdar olan köklü əhalinin bir hissəini təmsil edir.

Seçkiqabağı rəy sorğuları hakim mühafizəkarlara 1 faiz üstünlük verir.

Günün bütün mövzuları

XS
SM
MD
LG