Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:01

Putinin yanında dayanmağı özünə rəva görənlərin sayı azalır


Arxiv fotosu: Rusiya prezidenti Vladimir Putin (Mərkəzdə) və onun serb həmkarı Tomislav Nikolic Serbiya paytaxtında hərbi paradı izləyir. 16 oktyabr 2014

Arxiv fotosu: Rusiya prezidenti Vladimir Putin (Mərkəzdə) və onun serb həmkarı Tomislav Nikolic Serbiya paytaxtında hərbi paradı izləyir. 16 oktyabr 2014

.

Moskvada 9 may paradında iştirak etmək istəyən dövlət başçılarının siyahısı hər gün dəyişir. Ancaq artıq aydındır ki, onların çoxu, yumşaq desək, qarışıq rejimlərə mənsub Asiya, Afrika və Latın Amerikası ölkələrinin rəhbərləridir.

SSRİ-nin II Dünya Müharibəsində qələbəsinin 70-ci ildönümü ilə bağlı bayram mərasiminin təşkilat komitəsinə Rusiya Prezident Adminstrasiyasının rəhbəri Sergey İvanov başçılıq edir. O, bildirib ki, 9 mayda 30-a yaxın dövlətin başçısını gözləyirlər. Onların sayı Qələbənin 60 illiyində Moskvaya gələn qonaqların sayından azdır. Qonaqlairn “keyfiyyəti” isə çətin ki, populyar hadisə kimi Rusiya prezidenti Vladimir Putinin nüfuzunu qaldıra.

“Monstr dövrü”
Şair və yazışı İqor Quberman əmindir ki, 9 mayda Qızıl meydanda fəxrlə təqdim olancaq “Rusiyanın dostlarının” reputasiyası nəinki siyasi, hətta estetik cəhətdən qeyri-münasib qiymətləndirilir:

- İndi Rusiyada “monstr dövrüdür” və bu çox dəhşətli şeydir. Rusiyanı ələ keçirib Dövlət Dumasında oturan çoxlu monstrlardır. Ona görə də onlara sadəcə monstrlarla dostluq etmək lazımdır.

- Belə “vampir dostluq” size qorxudur, ya daha çox güldürür?

- Güldürür, qorxutmur. Çünki bu dostluq çoxdan başlayıb. Bilmirəm, bütün bunlar nə ilə bitəcək, necə ki, həkim-psixatr deyə bilməz, psixi xəstəxanada müxtəlif səviyyəli xəstələrin yatdığı palataları açsa, nə baş verər. Sadəcə mən bütün vaxtı xatırlayıram ki, axı Böyük Vətən müharibəsi olmayıb. Stalin və Hitler Şərqi Avropanı bölüşəndən sonra 1932-ci ilin sentyabrında sonra İkinci Dünya müharibəsi başlayıb.

"Böyük Vətən müharibəsi" adlanan müharibə bu prosesdə böyük bir epizod olub.Ona görə də diqqət etmək lazımdır ki, kimə necə uyğundur. Tarixçilər aldada bilər, onlarda vicdan yoxdur. Mən yalnız Viktor Suvorov və Mark Soloninə inanıram. Yaınız onlar müharibəni düzgün təsvir ediblər.

Paradda iştirakdan imtina edənlər də var

Rusiyanın bəzi “əbədi tərəfdaşları” da mayın 9-da keçirilən parada gəlməkdən imtina edib. Hətta Afrika dövləti Burkina-Fasonun müvəqqəti rəhbəri Mishel Kafando Kremli ittiham edib ki, adını qonaqlar siyahısına onun xəbəri olmadan salıblar.

Belarus prezidenti Aleksanr Lukashenko, Çexiya prezidenti Milosh Zeman, Slovakiyanın baş naziri Robert Fico və hətta Almaniya kansleri Angela Merkel Moskvada Qələbə münasibətilə keçirilən hansısa tədbirdə iştirak edə bilər, ancaq mayın 9-da Putinlə trubunada yanaşı Serbiya, Bosniya-Herseqoviniya, Yunanıstan, Kipr Respublikası və Makedoniyanın liderləri dayanacaq. Qalan Avropa dövlətləri parada öz diplomatlarını göndərəcəklər.

Putinin tribuna yoldaşları…

Braziliyanın, Hindistanın, Çin, CAR-nın rəhbərləri, o cümlədən, Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan prezidentləri də 9 mayda Putinlə birgə paradı qəbul edəcəklər.

Qonaqlar siyahısında Vyetnam, Qambiya, Qvineya, Zimbabve, Kabo Verde, Kuba, Lesoto, Liberiya, Mavritaniya, Monqolustan, Fələstin, Ruanda, Somali və Tanzania liderlərinin də adı var. Amma 9 May yaxınlaşdıqca bu siyahı daha da qısala bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG