Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 03:09

Bakıda universiteti atıb ABŞ-a gedən gənc necə məşhurlaşdığını danışır


Elmar Əliyev
Elmar Əliyev

.

O, kino, konsert biletləri, birini al-ikincisini qazan kimi müxtəlif kampaniyalara qatılır, tez-tez qalib olurdu. Bir dəfə bacısından xahiş edir ki, Green Card uduşu ilə bağlı lotoreyanın anketini onun əvəzindən doldursun. Minlərlə iştirakçının arasından məhz onun - 20 yaşlı Elmar Əliyevin adı çıxır:

“Məncə, yaxşı bəxtim var. Həmişə gətirir”.

Elmarın şansı, öz dili ilə desək bəxti gətirməkdə davam edir. Ötən ay fotosu "New York Times" jurnalının üz qabığına seçilir:

“"New York Times" miqrantlar adlı bir layihəyə başlamışdı. Bunun üçün müxtəlif dil kurslarına gedir, fərqli ölkələrdən New Yorka gələnləri axtarırdılar. Bizim məktəbdən məndən başqa daha 8 nəfər seçilmişdi. Ümumilikdə, seçilənlərin sayı çox idi. Fotoların çəkilməsi mərhələsinə 16 nəfər dəvət aldılar və bizdən müsahibə götürdülər. Onların da içindən iki nəfər – mən və başqa bir qız seçildi”.

Gözlə

No media source currently available

0:00 0:43:30 0:00
Direct-ə keçid

UNİVERSİTETİ ATIR VƏ...

Bir neçə gündən sonra Elmara zəng edib məhz onun fotosunun "New York Times"ın üz qabığı olacağını xəbər edirlər. Bundan başqa, Elmarın 45 metr uzunluğunda olan fotosu New Yorkun mərkəzi küçəsində yerə vurulur:​

“Düzü, mən şəklimi yerdə görə bilmədim. Amma şəkil yerə vurulandan silinənədək videoya çəkilmişdi. Ancaq videoya baxa bildim”.

Elmarı bir az daha yaxından tanıyaq. O, 1994-cü ildə anadan qolub. Neft Akademiyasının mühəndis ekoloq fakültəsinin tələbəsi idi. ABŞ-a Green Card udandan sonra ali məktəbi atıb və 2014-cü ilin avqustunda ABŞ-a uşaqlıq arzusunun arxasınca gedir:

“Əvvəl evdə razılıq vermirdilər. Universiteti atıb, ABŞ-a gəlməyimi istəmirdilər. Amma sonradan razılaşdılar”.

Elmar deyir ki, ilk günlər onun özü də tərəddüd edib. Necə deyərlər, yüz ölçüb, bir biçəndən sonra qərarını verib:

“Fikirləşdim ki, ABŞ-ı bəyənməsəm qayıdıb, təhsilimi davam edə bilərəm. Amma bir də ABŞ-a getmək şansım olmayacaq. Həm də oxuduğum ixtisas elə də ürəyimcə deyildi. Komputer üzrə oxumaq istəyirəm. Fikirləşirəm ki, təhsilimi burada davam etdirim”.

ELMARIN NEW YORK HƏYATI...

Əsas şərtlərdən biri odur ki, ABŞ dövləti Green Card-la gələnlərə hansısa maddi və ya digər yardımlar etmir. 20 yaşlı Elmar New Yorkda tək başına öz qazancı ilə dolanır. Heç evlərindən də pul almır. Həm də oxuyur:

“Burada kirayə bir otaq tutmuşam ayda 400 dollar ödəyirəm. Kafedə ofisiant işləyirəm. Həm də məktəbə - dil kurslarına gedirəm. Əvvəllər bir az darıxırdım. Amma indi hər şey yaxşıdır. Dərs, iş və ev”.

20 yaşında bir gəncin New York kimi bir şəhərdə tək-tənha qalması çətin deyil? Elmar deyir ki, əsas azadlıqdır:

“Azad ölkədə insan bütün arzularına çata bilir. Əsas azadlıqdır. Azadlıq olan yerdə hər şey mümkündür. Əsas odur ki, istəyin olsun. İstək olandan sonra arzularına nail ola bilirsən. Mən gələndən özümə iş də tapdım, dil kurslarını da bitirdim. İndi də kollecə müraciət etməyə hazırlaşıram. Məncə, azad mühitdə arzulara çatmaq daha realdır”.

Elmar indi ingilis dilini daha da təkmilləşdirir. Xərclərini ödəmək üçün işləyir, bir də kollecə hazırlaşır.

XS
SM
MD
LG