Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:03

Mingəçevirdəki torpaq sürüşməsi ilə bağlı komissiya yaradılıb


Prezident İlham Əliyev noyabrın 6-da Mingəçevir Su Anbarının qərb hissəsində, Bozdağda baş vermiş torpaq sürüşməsinin nəticələrinin aradaq qaldırılması tədbirləri haqqında sərəncam imzalayıb. Sənəddə deyilir ki, 2006-cı il oktyabrın 28-30-da yağmış güclü leysan yağışları nəticəsində Mingəçevir Su Anbarının qərb hissəsində, Bozdağda irimiqyaslı torpaq sürüşməsi baş verib. Nəticədə həmin ərazidə yerləşən Yuxarı Qarabağ kanalının suqəbuledici qurğusuna və başqa qurğulara ciddi təhlükə yaranıb. Sərəncamla təbii fəlakətin nəticələrinin aradan qaldırılmasını təmin etmək məqsədi ilə komissiya yaradılır. Komissiya təhlükənin aradan qaldırılması üçün ilk növbədə təcili yerinə yetirilməsi vacib olan tədbirlərin həyata keçirilməsini təmin etməlidir.


XS
SM
MD
LG