Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:16

Özbəkistan prezidenti İslam Karimov da mayın 9-da Moskvada keçiriləcək hərbi paradda iştirak etməyəcək.

Bu barədə Rusiya agentlikləri Özbəkistanın “Yeni əsr” qəzetinə istinadla xəbər verirlər.

Qəzetin yazdığına görə, Karimov həmin gün Nasist almaniyası üzərində qələbənin 70 illiyi ilə bağlı Daşkəntdə keçiriləcək paradda iştirak edəcək.

Belarus prezidenti Aleksandr Lukashenka da bundan əvvəl, həmin gün ali baş komandan kimi Minskdə özü parad keçirəcəyini bəyan edib.

Rusiya prezidentinin köməkçisi Valery Ushakov mayın 6-da bildirib ki, Moskvada keçiriləcək hərbi paradda 27 xarici dövlət və hökumət başçısı iştirak edəcək.

Məlumatlara görə onların əksəriyyəti Asiya, Afrika və Latın Amerikası ölkələrindəndir.

Bir çox Qərb ölkələri Ukrayna münaqişəsinə görə parada qatılmayacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG