Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:39

Hikmət Hacıyev xaricdən Azərbaycanda sabitliyi pozmaq cəhdlərinin olduğunu iddia edir


Hikmət Hacıyev

Hikmət Hacıyev

.

Son vaxtlar Azərbaycanda rəsmi təbliğat vasitələri, hakimiyyət təmsilçiləri, hətta Xarici işlər naziri ABŞ-ın Azərbaycana qarşı kampaniya apardığını bildirir. İddia olunur ki, ABŞ Dövlət katibi John Kerry-nin ofisindən idarə edilən kampaniyanın əsas məqsədi “Bakı 2015” İlk Avropa Oyunları ərəfəsində Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirməkdir.

Azərbaycan hökumətinin belə bir kampaniyadan narahatlığı varsa, bunu ABŞ rəsmiləri ilə müzakirə edirmi? Yoxsa, ancaq media vasitəsilə bu haqda danışılır və iddialar səsləndirilir?

Bu mövzuda suallarımızı Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev cavablayır:

- Xarici İşlər naziri Elmar Məmmədyarov bugünlərdə bildirib ki, ABŞ-da bəzi şəxslər, ABŞ dövlətinin maliyyələşdirdiyi bəzi QHT-lər anti-Azərbaycan kampaniyası aparırlar. Nazirin müsahibəsinə diqqət çəkən məqamlardan biri “soyuq müharibə dövrünə xas əks-təbliğat metoldarı ilə işləmək istəyirlər” ifadəsidir. “Soyuq müharibə dövrünə xas metodlar” deyərkən nə nəzərdə tutulur?

-“Soyuq müharibə dövrünə xas metodlar”deyərkən, biz burada təbliğat elementləri görürük. Bu təbliğat orketsrə olunmuş şəkildə bir fəaliyyət proqramıdır. Burada konkret vəzifə, əmək bölgüsü aparıldığı görünür. Maliyyə mənbələri var, eləcə də bu bir təşkilatın yox, bir neçə təşkilatın əlaqələndirilmiş fəaliyyətidir. Hətta hər hansı bir mövzu gündəmə gəlməmişdən, və ya gətirilməmişdən öncə media strategiyası planlaşdırılır.

Təəssüflər olsun ki, Azərbaycana qaşrı kordinasiya olunmuş Soyuq Müharibə dövrünə xas təbliğat görürünür. Hətta elmi dairələrdə bunu “psixoloji müharibə” də adlandırırlar. Avropa oyunları ərəfəsində Azərbaycana qarşı belə bir əks təbliğatın şahidi oluruq.

Bir nümunə çəkim. Bir müddət öncə, guya ki, Azərbaycanda küçə heyvanlarının kütləvi şəkildə öldürülməsi ilə bağlı məlumat yayıldı. Bu hadisə hətta gündəmə gətirilməmişdən öncə Azərbaycana qarşı sistemli fəaliyyətin aparılması hazır idi. Çünki, bu hadisənin baş verməsi haqda iddialardan dərhal sonra Azərbaycanın xaricdəki səfirlik və konsulluqlarına 3 min, bəzən 5 min, hətta 7 min e-maillər göndərildi.

Yəni, bu nədən xəbər verir? Bir çoxlarımız e-maillərdən istifadə edirik. Bir neçə dəqiqədə bu qədər e-mailin göndərilməsi real görünmür. Bunun əvvəlcədən planlaşdırıldığı açıq-aşkardır.

- Hikmət bəy, Elmar Məmmədyarov həm də deyir ki, “Soyuq müharibə” dövrünə xas əks-təbliğat metodları ilə mövcud şəraitindən öz məqsədləri üçün istifadə etməyə çalışırlar. "Öz məqsədləri" nədir? Nəyə nail olmaq istəyirlər?

- Bizi də elə bu sualın cavabı düşündürür. Biz bilmək istəyirik ki, bu QHT-lərin məqsədləri, maraqları nədir? Bəlkə onlar Azərbaycan ABŞ dostluq münasibətlərinə xələl vurmaq istəyirlər. Çünki ABŞ-la Azərbaycan arasında müstəqillikdən bəri bir dostluq tarixi var.

Anti-Azərbaycan kampaniyası aparanların erməni lobbisi ilə əlaqələri görünür. Biz təkcə, Azərbaycanı beynəlxalq nüfuzdan salmaq elementləri yox, eyni zamanda ölkədə ictimi-siyasi sabitliyin pozulması cəhdlərinin şahidi oluruq. Azərbaycan xalqı bu sabitliyi böyük əziyyətlər bahasına əldə edib.

Son 10 ildə prezident İlham Əliyevin rəhbərliyi dövründə əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirir. Avropa Oyunları kimi mötəbər yarışa ev sahibliyi hər bir azərbaycanlının qürur obyektidir. Avropa Oyunlarını əsas götürərək başlanan anti-Azərbaycan kampaniyası da ilk növbədə Azərbaycan xalqının qüruruna toxunan bir məsələdir.

- Bildirirsiniz ki, Azərbaycana qarşı “orkestrə olunmuş” bir təbliğat görünür. Azərbaycana qarşı yalnız hansısa QHT-lər yox, eləcə də beynəlxaql qurumlar da tənqid səsləndirirlər. Belə beynəlxalq qurumların qarşısında Azərbaycan öhdəlik götürüb. Həmin qurumlar da Azərbaycan hökumətini götürdüyü öhdəliklərə uyğun olaraq insan haqları və azadlıqlarını qorumağa çağırırlar. Sizcə, belə təşkilatların kimlərsə tərəfindən idarə olunması nə qədər inandırıcı səslənir?

- Təbii ki, bizim bütün təşkilatları ümumiləşdirmək fikrimiz yoxdur. Sözün əsl mənasında insan hüquqları ilə məşğul olan beynəlxalq təşkilatlarla əməkdaşlıq edir, dövlətlərarası münasibətlərə, konvensiyalara əsasən qarşılıqlı öhdəliklərə əməl edirik.

Bu missiyanı həyata keçirən təşkilatlardan biri BMT-nin İnsan Hüquqları Şurasıdır.

Bundan əlavə, Azərbaycan Avropa Şurasının tam hüquqlu üzvüdür. Azərbaycanın da bununla bağlı üzərinə götürdüyü öhdəlikləri var. Üstəlik insan hüquqları məsələsi Azərbaycan hökumətinin siyasətinin tərbik hissəsidir. Çünki bu ilk növbədə Azərbaycan vətəndaşlarının mənafeyidir.

Amma Azərbaycana qarşı olan bəzi QHT-lərin fəaliyyəti, onların maliyyə mənbələri suallar doğurur. Özlərini qeyri-hökumət təşkilatı adlandırırlar, amma maliyyəni hökumətdən alırlar.

Azərbaycanın da bu QHT-lərdən gözlədiyi öhdəlikləri var. Götürək, Human Rights Watch-u. Bu təşkilatın yalnız Xocalı faciəsi törədiləndə ilkin açıqlaması olub. Sonuncu dəfə Ermənistana 1997-ci ildə də müraciət edib. Human Rights Watch insan hüquqları məsələsinə bu qədər bağlıdırsa, niyə hüquqları kütləvi şəkildə pozulan azı bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı da belə sistematik, orkestrə olunmuş fəaliyyət aparılmır?

Nəyə görə Ermənistan qarşısında məsələ qaldırılmır? Konkret cinayət işinə görə həbs olunan bir neçə nəfərin adını qabardırlar, amma 1 milyon məcburi köçkün və qaçqının pozulan hüquqlarına göz yumurlar.

- Siz də qeyd edirsiz ki, Azərbaycan Avropa Şurası və digər təşkilatlar qarşısında öhdəliklər götürüb. Elə Azərbaycanın öhdəlik götürdüyü həmin təşkilatlardan olan Avropa Məhkəməsinin sədri ötən il Azərbaycanda son hadisələrin narahatlıq doğurduğunu vurğulamışdı. Ən müxtəlif səviyyələrdə Azərbaycana qarşı tənqidi fikirlər səslənir, narahatlıqlar ifadə olunur. Azərbaycanda siyasi məhbusların azad olunmasını, söz və ifadə azadlığına edilməsini, müstəqil təşkilatlara basqıların azaldılmasını istəyirlər. Xarici siyasət idarəsi olaraq bu mövzunu Azərbaycanın digər adiyyatı dövlət qurumları ilə müzakirə edirsinizmi?

- Azərbaycanda qanunun aliliyi, eləcə də digər fundamental azadlıqlar tam təmin olunub. Azərbaycan kimsə həbs olunubsa bu konkret olaraq Cinayət Məcəlləsindən irəli gələn əsaslarla həyata keçirilir.

Azərbaycanda məhkəmələrin fəaliyyəti tam azaddır. Yəni, Xarici İşlər Nazirliyi Azərbaycan hakimiyyətinin icraedici sütunlarından biridir. Məhkəmə hakimiyyətinə Xarici Işlər Nazirliyinin müdaxiləsinə əsas və ehtiyac yoxdur.

O ki, qaldı beynəlxalq səviyyədə Azərbaycana qarşı çıxışlara, Azərbaycanda qanunun aliliyi təmin olunur. Bizim əsas mövqeyimiz budur. Qanunun aliliyi prinsipindən çıxış edərək, cinayət halı baş veribsə, buna uyğun da hüquq mühafizə orqanları tədbirlər görürür. Elə bunun özü qanunun aliliyinin ifadəsidir.

Beynəlxaq çıxışlara da mövqeyimiz odur ki, Azərbaycanda kiməsə siyasi fəaliyyətinə, baxışlarına görə təzyiq olunmur və ya həbs edilmir. Azərbaycanda hər hansı jurnalistin qeyri-peşə fəaliyyətinə görə konkret cinayət halına görə, həbs olunmasını şişirtmək, onu bütün ölkədə medianın, azad sözün susdurulması kimi təqdimatı doğru deyil.

Azərbaycanda azı 5 min müxtəlif media orqanı fəaliyyətdədir. Minlərlə jurnalist çalışır. Bütün bunlar qalır bir tərəfdə, ancaq 1-2 nəfər jurnalistin məsələsi kontekstində danışılır. Bir daha vurğulayıram ki, həbsdə olan jurnalistlər peşə fəaliyyətinə görə yox, konkret cinayət faktına görə saxlanılıblar.

- Həbsdə olan jurnalistlərdən biri də AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayıldır. O, Tural Mustafayev adlı bir nəfəri özünü öldürmə həddinə çatırmaqda ittiham olunur. Amma bu günlərdə Tural Mustafayev videomüraciət yayaraq bildirir ki, prokororluq əməkdaşları onu Xədicəyə qarşı ifadə verməyə məcbur ediblər, şantaja məruz qalıb. O, Xədicəyə qarşı ərizəsini geri götürməklə bağlı müraciət edib, amma onun bu ərizəsi qəbul edilmir. Sizin dediyiniz kimi hüququn aliliyi bu halda nə qədər real görürünür?

-Bir daha qeyd edirəm. Azərbaycanda məhkəmə hakimiyyəti tam sərbəst və azad fəaliyyət göstərir. Qeyd olunan halla əlaqədar istintaq gedir. Mənim bu haqda nəsə deməyim, istintaqa müdaxilə ola bilər. İstintaq zamanı məsələlər öz həllini tapacaq. Yekunda da məhkəmə qərar qəbul ediləcək.

- Azərbaycanın xarici siyasətinə qayıdaq. Tez-tez belə fikirlər səsləndirilir ki, Azərbaycan hökuməti Rusiyanın təzyiqi altındadır. Elə ABŞ, Qərblə münasibətlərin gərginləşməsi Rusiyadan idarə oluna bilər. Bu kontekstdə Azərbaycana Rusiyadan hər hansı bir təzyiq varmı?

- Azərbaycanın müstəqil xarici siyasəti var. Xarici siyasətin təməlini milli maraq və menafeləri təyin edir. Bu milli maraqlar da ilk növbədə Azərbaycan xalqının mənafeyinin qorunmasına yönəlib.

Xarici siyasətin başlıca istiqaməti, ölkənin ərazi bütövlüyü, süverenliyi və müstəqilliyinin təxunulmazlığının təmin edilməsidir. Bu prinsiplər əsasında xarici siyasətini aparırlır.

Azərbaycanın təkcə, qonşu ölkə olan Rusiya yox, eləcə də İran, Gürcüstan, Türkiyə və digər ölkələrlə möhkəm əməkdaşlığı var. Mərkəzi Asiya, Latın Amerikası, Afrika, cənubi-şərqi Asiya bir sözlə, qarşılıqlı anlaşma şəratində bütün dünya ölkələri ilə əməkdaşlıq edilir.

Qonşu dövlət kimi Rusiya ilə əməkdaşlıq dinamik inkişaf edir. Bu da hər iki ölkənin dövlətinin və vətəndaşlarının iradəsindən aslılı olan bir məsələdir. Azərbaycan Avropa İttifiqanına üzv olan ölkələrlə, Yapaniya, Çin hətta ABŞ-la da eyni səviyyəli əməkdaşlıq edir.

- Son günlər Azərbaycanın rəsmi təbliğat vasitələrində ABŞ-ın erməni lobbisi vasitəsilə Azərbaycana qarşı kampaniya apardığı iddia edilir. Özəlliklə, sosial mediada Azərbaycanın xarici siyasəti tənqid olunur ki, Vladimir Putin Yerevanda ermənilərin iddia etdikləri soyqırımı anım tədbirlərində iştirak edir. ABŞ prezident Barack Obama isə heç “soyqırım” sözünü dilinə gətirmir. Amma Azərbaycanda rəsmi dairələr ABŞ-ı ermənipərəst adlandırırlar. Sizcə, bu iradlar nə qədər haqlıdır?

- Bu məsələyə Azərbaycan-Ermənistan münaqişəsi kontekstində yanaşmaq daha düzgün olardı. Bizim münaqişənin həlli ilə bağlı gözləntilərimiz var. ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri kimi həm Rusiyadan, həm də ABŞ-dan gözləntilərimiz eynidir. Münaqişənin həlli istiqamətində səylər artırılmalı, o, Azərbaycan ərazi bütövlüyü, suvinerliyi təmin çərçivəsində həll olunmalıdır. Konkret olaraq Azərbaycan ABŞ-ın Ukrayna, eləcə də digər məsələlərdə olan qəti mövqeyini Dağlıq Qarabağ münaqişəsinin həllində də görmək istəyir.

- Bir qədər əvvəl Avropa Şurası Parlament Assambleyasının prezidenti Anne Brasser-un Ermənistana səfərindən sonra Azərbaycanda rəsmi təbliğat vasitələri onu kəskin tənqid etdi, ikili siyasətdə, ermənipərəstlikdə qınadı. Amma Vladimir Putin Yerevanda iddia edilən “Erməni soyqrımı”nı anım mərasimində iştirak edəndə, Bakıda həmin təbliğat vasitələri Rusiya prezidenti əleyhinə heç nə yazmadı…

- Azərbaycan mediası müstəqildir, azaddır. “Erməni soyqırımı” eyni zamanda ABŞ-Türkiyə, Türkiyə-Rusiya arasında olan bir məsələdir. Azərbaycan tərəfi olaraq biz dəfələrlə öz mövqeyimizi bildirimişik ki, biz tarixin saxtalaşdırılmasının, təhrif edilməsinin əleyhinəyik. Təəssüflər olsun ki, Ermənistan tərəfi belə bir siyasətdən istifadə edir və beynəlxalq ictimaiyyəti adladır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG