Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:06

Jurnalist Rauf Mirqədirovun həbs müddəti 4 ay uzadıldı


Azerbaijan -- journalist Rauf Mirgadirov, 6 May 2014.

Azerbaijan -- journalist Rauf Mirgadirov, 6 May 2014.

Nəsimi rayon məhkəməsi mayın 6-da jurnalist Rauf Mirqədirovun həbs müddətini daha 4 ay uzadıb.

Vəkil Fuad Ağayevin "Turan"a verdiyi məlumata görə, məhkəmə iclasında jurnalistin özü də iştirak edib.

O, həbs müddətinin uzadılması və ümumilikdə ittihamın əsassız olduğunu bildirib.

Müdafiə tərəfi qərardan apellyasiya şikayəti verəcək.

Rauf Mirqədirov 2014-cü il aprelin 19-da Türkiyədən Azərbaycana deportasiya edilİb və dərhal da həbs olunub.

O, Ermənistanın xeyrinə casusluq etmək, dövlətə xəyanətdə ittiham olunur.

Jurnalist ittihamı rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG