Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 03:55

“Gecə canavarları” Praqadakı Olşansk məzarlığında olublar


Aleksandr Zaldostanov

Aleksandr Zaldostanov

Rusiyadakı “Gecə canavarları” klubunun bir neçə üzvü də daxil olmaqla 20-yə yaxın motosikletçi Praqadakı Olşansk məzarlığında Çexoslovakiyanın azad edilməsində həlak olmuş sovet əsgərlərinin məzarlarını yad ediblər.

Bu barədə Çexiyanın Dnes qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, mayın 5-də onları əllərində rusiya bayraqları olan Çexiyada yaşayan ruslarla yanaşı, Ukrayna və ABŞ bayraqları ilə etirazçılar da qarşılayıb.

“Gecə canavarları” Nasist almaniyası üzərində qəlbənin 70 illiyi münasibətilə aprelin 25-dən Moskvadan Avropa ölkələrinə motoyürüşə çıxıblar.

Bu yürüşə qarşı çıxan bir sıra Avropa ölkələri onların sərhəddi keçməsinə imkan verməyib.

Bu motoklubun lideri Aleksandr Zaldostanovla Rusiya prezidenti Vladimir Putin arasındakı dosluq əlaqəsinə görə, onlar bu yürüşü təbliğat hesab edirlər.

“Cərrah” ləqəbli Zaldostanov “Antimaydan” hərəkatının təşəbbüskarıdır və ABŞ və Kanadada viza qadağası tətbiq edilmiş rusiyalıların arasında onun da adı var.

Günün bütün mövzuları

XS
SM
MD
LG