Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:05

Tarix dərsliklərində dəyişiklik ediləcək


Yaqub Mahmudov
Yaqub Mahmudov

-

Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutu orta məktəblərin tarix dərsliklərindəki bəzi mövzuların yenidən işlənməsi üçün tədqiqatlara başlayıb.

Bunu Trend-ə institutun direktoru Yaqub Mahmudov deyib.

Dərsliklərdəki bəzi mövzuların yenidən işlənməsini zəruri sayan Y.Mahmudov bildirib ki, tarix dərsliklərində Azərbaycan tarixi ilə bağlı məlumatlar lazımınca işıqlandırılıb. Amma dərsliklərdə başqa ölkələrin tarixi olduğu kimi təqdim edilməyib:

«Biz Çar Rusiyasının, ABŞ-ın, Fransanın siyasəti ilə bağlı məsələlərə yenidən baxmalıyıq. Yəni Azərbaycana basqı mövqeyindən yazılmış materialları yenidən işləyərək dərsliklərdəki paraqrafları, fəsilləri dəyişib yeni şəkildə təqdim etməliyik. Çünki o ölkələrin əksəriyyəti Azərbaycana sərvət dalınca, buraya möhkəmlənməyə, işğal etməyə gəlib. Ölkələrin bu siyasətləri isə dərsliklərdə düzgün verilməyib».

Artıq yeni dərsliklər üzərində işə başladıqlarını deyən Y.Mahmudov bu nöqsanların yaxın illərdə aradan qaldırılacağını söyləyib.

XS
SM
MD
LG