Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:10

İran azərbaycanlılarının problemləri Britaniya parlamentində müzakirə edilib


İran Milli Müqavimət Şurası tərəfdarlarının etiraz aksiyası, London, 16 yanvar 2006

İran Milli Müqavimət Şurası tərəfdarlarının etiraz aksiyası, London, 16 yanvar 2006

Oktyabrın 22-dən 25-dək İsveçdəki Azərbaycan Gənclər Federasiyasının üzvləri Böyük Britaniyada olublar və İran azərbaycanlılarının problemləri ilə bağlı bu ölkənin parlamentində görüşlər keçiriblər. Federasiyanın rəhbəri Nərgiz Nədai deyir ki, onlar Britaniya parlamentinin Konstitusiya Komitəsinin üzvü Keys Vaz, Xarici İşlər Komitəsindən Pol Kitç, Müdafiə Komitəsindən Linda Gilroy, Beynəlxalq İnkişaf Komitəsindən Enn Makkeçin, İran məsələləri üzrə parlament qrupundan və Yerli Hakimiyyət Komitəsindən Kliv Betslə görüşlər keçiriblər. Görüşlərdə İran azərbaycanlılarının hüquqlarının pozulması məsələləri müzakirə edilib.

Nərgiz Nədai: «İndi beynəlxalq arenada İranın nüvə məsələsindən çox danışılır, amma etnik azlıqların haqları problemi də unudulmamalıdır».


Muğda 50-yə yaxın azərbaycanlı yaşayır


Türkiyənin Muğda şəhərindən Azərbaycan Evi Dərnəyinin sədri Atacan Sayılan deyir ki, Muğda kiçik bir şəhərdir, əhalisi 40 mindir. Burada vaxtilə Türkiyənin Qars vilayətindən köçən 50-yə yaxın azərbaycanlı yaşayır. Onlar müxtəlif dövlət idarələrində, özəl şirkətlərdə və ticarət sahəsində işləyirlər. Cənab Sayılan özü də Qarsda anadan olub, onun nənəsi və babası isə Azərbaycandandırlar.


Son 5-6 il ərzində isə Azərbaycandan Muğdaya dörd ailə gəlib. Onlar Muğdanın müxtəlif universitetlərində dərs deyirlər. İki il əvvəl Muğdada Azərbaycan Evi Dərnəyi yaradılıb.


Hollandiyada qeyri-leqal yaşayan azərbaycanlıların sayı çoxdur


Azərbaycan-Hollandiya Həmrəylik Cəmiyyəti bir ilə yaxındır ki, yaradilib. Qurumun məqsədi Hollandiyada Azərbaycan mədəniyyətini təbliğ etmək, hollandıyalılara Azərbaycanın problemlərini, o cümlədən, Qarabağ münaqişəsini çatdırmaqdır. Qurumun sədri Elsevər Məmmədov deyir ki, onlar Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi ilə sıx əlaqədə işləyirlər. Onun sözlərinə görə, hazırda Hollandiyada Azərbaycandan olan və leqal əsasda yaşayan 500-ə yaxın azərbaycanlı var. Amma qeyri-leqal, ya da hazırda statusları baxılma prosesində olan daha çox azərbaycanlı bu ölkədədir.


DİNLƏYİN


XS
SM
MD
LG