Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:53

Əli Həsənov: «Bizim problemlərin səbəbkarı Rusiya, ABŞ, Fransadır»


Əli Həsənov

Əli Həsənov

-

«ATƏT həmsədrləri olan üç dövlət son 20 ildə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində heç bir addım atmayıblar. Mən doğma torpaqlarımızın işğalına son qoyulmayınca, torpaqlarıma qayıtmayınca, Minsk Qrupunun həmsədri olan dövlətlər barədə tənqidlərimə son qoymayacağam. Nə üçün biz bunları deməməliyik?..».

apa-nın məlumatına görə, bu sözləri «Ulu öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisidir» mövzusunda konfransda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.

«Bizim problemlərin səbəbkarı Rusiya, ABŞ və Fransadır. Mənim söylədiyim tənqidi fikirlər Rusiya, ABŞ və Fransa xalqlarına deyil, onların rəsmilərinə aiddir», - Ə.Həsənov söyləyib. O, ABŞ, Rusiya və Avropanın bölgənin 3 müsəlman ölkəsi olan Azərbaycan, Türkiyə və İranın yaxınlaşmasının qarşısını almağa çalışdığını bildirib.

Komitə sədri Ermənistandakı indiki hakimiyyətin mövcudluğunda Rusiyanın böyük rolu olduğunu deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG