Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:06

-

Mayın 5-də Türkiyənin Tarsus şəhərində mərhum prezident Heydər Əliyevin heykəlinin və onun adını daşıyan parkın açılışı olub.

Açılış mərasimində Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, səfir Faiq Bağırov, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov, Mətbuat Şurasının sədri Əflatun Amaşov və başqaları iştirak ediblər.

Mərasimə həmçinin Türkiyənin Mersin vilayətinin valisi Özdemir Çabaçak, Mersin Böyükşəhər bələdiyyəsinin sədri Burhanettin Kocamaz, Tarsus bələdiyyəsinin sədri Şevket Can və digər tanınmış şəxslər də qatılıblar.

AZƏRTAC-ın məlumatına görə, Bakının Xətai rayonu ilə Türkiyənin Tarsus şəhəri 2007-ci ildə qardaşlaşıb. Bu münasibətlə Tarsus şəhərində Xətai Parkı və Heydər Əliyevin adına körpü tikilərək istifadəyə verilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG