Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:06

Fransanın xarici işlər naziri Moskvaya gedir


Laurent Fabius (solda) rusiyalı həmkarı Sergei Lavrov ilə, arxiv fotosu

Laurent Fabius (solda) rusiyalı həmkarı Sergei Lavrov ilə, arxiv fotosu

-

Fransanın xarici işlər naziri Laurent Fabius deyir ki, 9 may paradında iştirak üçün Moskvaya getməyi planlaşdırır. Fabius bunu mayın 6-da radio müsahibəsində elan edib.

Moskva 2-ci dünya müharibəsində qələbənin 70-ci ildönümü tədbirlərinə 68 dövlət başçısını dəvət edib, ancaq onlardan yalnız 20-si gələcəyini təsdiqləyib. Beynəlxalq ictimaiyyət Rusiyanı Ukraynanın şərqindəki münaqişədə roluna görə tənqid edir.

Moskvaya Çin prezidenti Xi Jinping, Kuba lideri Raul Castro və BMT-nin baş katibi Ban Ki-moon gedəcək.

Azərbaycan prezidenti İlham Əliyev də tədbirə qatılacaq.

XS
SM
MD
LG