Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:21

Ombudsman uşaq hüquqlarının müdafiəsi ilə bağlı Ramil Usubova müraciət edib


«Son vaxtlar zorakılıq hallarına məruz qalan və ya cinayət törətmiş uşaqların şəxsiyyəti, adlarının və ünvanlarının bəzi polis orqanları tərəfindən ictimaiyyətə açıqlanması, KİV nümayəndələrinin iştirakı ilə polis əməkdaşları tərəfindən gecə klublarına və barlara keçirilən reydlər zamanı saxlanılan uşaqların və yeniyetmələrin adlarının, yaşının, təhsil aldıqları məktəblərin ünvanlarının göstərilməsi uşaqların hüquqlarının pozulmasına, mənəvi sarsıntı keçirmələrinə, cinayətkar ünsürlər tərəfindən əməkdaşlığa cəlb olunmalarına, özlərinə qəsd etmələrinə, cəmiyyətdən təcrid olunmalarına və digər mənfi nəticələrə gətirib çıxara bilər».


İnsan Hüquqları üzrə müvəkkil (ombudsman) Elmira Süleymanovanın Daxili İşlər naziri Ramil Usubova müraciətində belə deyilir. Xanım Süleymanova nazirdən tabeliyində olan qurumlara uşaqların və ya onların qanuni nümayəndələrinin razılığı olmadan onlara aid məlumatların ictimaiyyətə və KİV-ə açıqlanmaması üçün müvafiq göstəriş verməsini xahiş edir.


XS
SM
MD
LG