Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:35

-

ABŞ prezidenti Barack Obama mayın 5-də Ağ Evdə İraqın muxtar kürd vilayətinin lideri Massud Barzani ilə görüşüb. Obama və vitse-prezident Joe Biden İslam Dövləti silahlı qruplaşmasının ələ keçirdiyi ərazilərin geri alınmasını, “vahid, federal və Demokratik İraqın” saxlanması naminə Bağdadla işləmək məsələsini müzakirə ediblər.

Obama “kürd peşmərgə qüvvələrinin göstərdiyi cəsarətə görə Barzani-ni alqışlayıb”. Peşmərgə qüvvələri İrqın şimalında ərazilərin yaraqlılardan alınmasında böyük rol oynayıb.

Hazırda İD-nin “xilafət”in paytaxtı elan etdiyi Mosulun geri alınması üçün əməliyyata hazırlıq gedir. İraq Kürdüstanından 4-6 min iraqlıya təlim keçilir.

Barzani sonuncu dəfə 2012-ci ilin aprelində Vaşinqtonda olub. Bir neçə həftə öncə İraqın baş naziri Haidar al-Abadi ABŞ-a səfər edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG