Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:20

Rusiya: AB Ukraynada atəşkəsin saxlanmasını istəmir


Ukraynanın Mariupol şəhəri yaxınlığında nəzarət məntəqəsi

Ukraynanın Mariupol şəhəri yaxınlığında nəzarət məntəqəsi

-

Rusiyanın xarici işlər naziri Sergei Lavrov “Avropa Birliyində kiminsə” Ukraynanın şərqində atəşkəsin pozulmasına çalışdığını deyir. Mayın 6-da Rusiya, Ukrayna və ATƏT rəsmiləri Minskdə fövqəladə iclasa toplaşacaq və fevralın 12-də Belarus paytaxtında əldə olunmuş atəşkəs sazişinin icrasını müzakirə edəcəklər.

Moskvada mətbuat konfransında çıxış edən Lavrov AB-ni silahlıların nəzarətində olan ərazilərdə dinc sakinlərin ölümünə səbəb olan hücumlara göz yummaqda ittiham edib.

“Müəyyən əlamətlərə əsasən demək olar ki, Avropa Birliyində kimsə istəyir ki, AB Ukrayna hökumətinə Minsk sazişlərini yerinə yetirməməyə icazə versin”. Lavrov Avstriyanın xarici işlər naziri Sebastian Kurz-la görüşdən sonra danışıb.

O, son həftələr Ukrayna qüvvələrinin hərbi fəaliyyətini gücləndirdiyini söyləyib və məqsədin atəşkəs sazişini pozmaq olduğunu vurğulayıb.

AB-dən Lavrov-un dediklərinə hələlik şərh verilməyib. Ukrayna ordusunun sözçüsü Andriy Lysenko isə separatçıların hücumlar üçün hərbi avadanlıq topladığını bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG