Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:32

“Rosneft” Sechin-in maaşı barədə açıqlama verdi


Igor Sechin
Igor Sechin

Rusiya mediası bildirir ki, əvvəllər belə məlumatlar gizli saxlanırdı.

Rusiyanın “Rosneft” şirkətinin direktorlar şurası İgor Sechin-in bu quruma rəhbərlik müddətini daha beş il artırmaq barədə qərar qəbul edib.

Dövlət şirkətində həmçinin Sechin-in prezident kimi alacağı məvacibin məbləği açıqlanıb.

Şuranın məlumatına görə Sechin ayda 15-20 milyon rubl (290-390 min dollar) maaş alacaq.

Onun illik məvacibinin 240 milyon rubl (5 milyon dollar) olacağı bildirilib.

Xəbər verilir ki, bu rəqəmə illik mükafat da əlavə olunanda 12 milyon dollar edir.

Rusiya mediası bildirir ki, əvvəllər belə məlumatlar gizli saxlanırdı.

Bu barədə məlumat verdiyinə görə hətta “Forbes” jurnalına qarşı məhkəmə iddiası qaldırılmışdı.

XS
SM
MD
LG