Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 18:53

Fransa parlamenti ölkə kəşfiyyatına islamçılara və terror şübhəlilərinə qarşı “asan casusluq” vasitələrindən istifadə icazəsi verən qanunu qəbul edib.

Fransa parlamenti ölkə kəşfiyyatına islamçılara və terror şübhəlilərinə qarşı “asan casusluq” vasitələrindən istifadə icazəsi verən qanunu qəbul edib.

Bu vasitələrə telefonların dinlənilməsi, habelə obyektlərə - mənzil və başqa yerlərə “böcəklər”in və gizli kameraların yerləşdirilməsi daxildir.

İnsan haqları təşkilatları, habelə prezident Hollande-ın Sosialist Partiyasından olan bəzi üzvlərbu qanunun qəbulu əleyhinə çıxırdılar.

Lakin buna baxmayaraq, parlamentin alt palatası sözü gedən qanunu böyük səs nisbəti ilə (438-86) qəbul edib.

Yeni qanuna görə təhlükəsizlik rəsmiləri casusluq vasitələrindən istifadə üçün hakimin qərarını almalı olmayacaqlar. Bunun əvəzində yenicə yaradılmış məşvərət qurumuna müraciət kafi sayılacaq.

Baş nazir Manuel Valls bu qanunun ABŞ-ın Patriot Act qanunun təqlidi olması barədə iddiaları rədd edib.

O bildirib ki, hazırkı terror təhlükəsi şəraitində bu qanuna böyük ehtiyac var.

Qanunun narahatlıq yaradan bir müddəası da internet fəaliyyətinin güdülməsi ilə bağlıdır.

Bu qanuna görə internet provayderləri izləmə üçün siqnal kimi məzmunu yox, metaməlumatı əsas götürəcəklər.

Bu isə “bomba”, “hücum”, cihad” kimi siyahısı əvvəlcədən hazırlanmış sözlərdən ibarətdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG