Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:40

Neftin qiyməti 2015-in yeni rekordunu vurdu


Liviyadakı siyasi vəziyyət neft qiymətlərinə təsir edir.

Liviyadakı siyasi vəziyyət neft qiymətlərinə təsir edir.

Bununla belə, qiymətlərin yenidən düşəcəyi demək olar ki, qaçılmaz görünür.

Qlobal neft qiymətləri çərşənbə axşamı 2015-ci il üçün ən yüksək həddinə çatıb.

Ekspertlərin fikrincə neft qiymətlərinin yüksəlişinə səbəb Liviyada istehsalın səngiməsi, Səudiyyənin qiymət qalxımına müsbət münasibətidir.

Brent markalı xam neftin bir barrelinin qiyməti 67, 52 dollar olub.

Bununla belə bir çox ekspertlər qiymət qalxımının davam edəcəyinə skeptik baxırlar.

Onlar bildirirlər ki, hazırda siyasi xəbərlərə müvafiq olaraq neft öz real qiymətini önləməyə başlayıb.

Bunun bir göstəricisi də ABŞ-da neft anbarlarının dolmaqda davam etməsidir.

Ümumilikdə isə xam neftin qiyməti son üç ayda 50 faiz bahalaşıb.

Liviyada davam edən etiraz aksiyaları bu ölkənin limanlarından neftin nəqlini yavaşıdıb.

Öz növbəsində Səudiyyə Ərəbistanı “yüngül ərəb” neftinin qiymətini qaldırıb.

Bununla belə, qiymətlərin yenidən düşəcəyi demək olar ki, qaçılmaz görünür.

Çünki OPEC ölkələri hazırda bazardakı tələbdən günə 2 milyon barrel artıq neft hasil etməkdədirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG