Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:18

İranda “homoseksual” və “şeytani” saç düzümlərinə hücum başlanıb


Qadağanlara baxmayaraq İran gəncləri arasında pipikvari saç həvəskarları çoxdur.
Qadağanlara baxmayaraq İran gəncləri arasında pipikvari saç həvəskarları çoxdur.

Prezident Rouhani belə tədbirlərin əleyhinə olsa da, polis qüvvələri birbaşa ali rəhbərə tabedirlər.

-

Britaniyada çıxan “The Guardian” qəzeti yazır ki, yay yaxınlaşdıqca İran rejimi də “anti-İslami” saç kəsimlərinin, “bədən modifikasiyalarının” və döymələrin üzərinə hücumunu gücləndirir.

İranda “homoseksual” və “şeytani” saç üslübları, habelə Günəş vannaları, döymələr və kişilərin qaşlarını aldırması qadağandır.

Qəzet yazır ki, ən böyük dözümsüzlük, dik duran pipikvari saç düzümünə göstərilir.

İranda «homoseksual» saç düzümü qadağan edilir
Gözlə

No media source currently available

0:00 0:01:37 0:00
Direct-ə keçid

Bundan başqa qadın və kişilərin idman geyimlərindən istifadəsi də “Qərbin zərərli təsirləri”ndən hesab olunur.

Kəkil olar, birçək yox

2010-cu ildən İranda kişilərin “at quyruğu” formasında, habelə uzun birçək və saç saxlaması, saçlara gellərin çəkilməsi də yasaqdır. Hərçənd 1980-ci illərin stilində pırtlaşıq saçlara və kəkil gəzdirməyə icazə verilir.

İranın mötədil prezidenti Hassan Rouhani belə məhdudiyyətlərin əleyhinədir və bəyan edib ki, “polis İslam qaydalarını yox, asayişi təmin etməlidir”.

İran Bərbərləri İttifaqının rəhbəri Mostafa Govahi deyib ki, dəllək dükanlarına müştərilərə pipikli saç düzəltmək yasaq edilib və bu yasağı pozanların salonları bağlanacaq.

O bildirib ki, “şeytan sitayişçilərinin saç düzümünü xatırladan stillər” qadağandır.

Onun sözlərinə görə, bu qaydaları pozan bərbərlərin lisenziyaları ləğv olunacaq.

“Homoseksual saç” necə olur?

İranın mühacir müxalifət “Manato” telekanalına verdiyi müsahibədə Govahi bildirib ki, bütün ölkə boyunca bərbərlərə icazəli saç düzümlərinin kataloqu verilib.

Govahi “homoseksual saç düzümü”nün nə demək olduğunu izah edə bilməyib.

Bununla belə, İran bərbərlərinin böyüyü bildirib ki, o bu vəzifəni tutduqca, belə “zərərli stillərə” icazə verməyəcək.

O deyib ki, məhdudiyyətlər İranın ali rəhbəri ayətullah Ali Khamenei-nin direktivlərinə müvafiqdir.

“Məhrəm yerlər”

Lakin mühafizəkarlar kişilərlə kifayətlənmirlər. Bu yaxınlarda onlardan bir qrupu qadınların bədən tüklərinin təmizlənməsinin salonlara qadağan edilməsi xahişi ilə hökumətə müraciət ediblər.

Onlar bu müraciətdə xüsusilə də bədənin “məhrəm yerləri”nin qırxılmasından narahatlıq ifadə ediblər.

“The Guardian” yazır ki, qadağanlar təkcə canlı insanlara yox, həm də mağazaların vitrinlərindəki manekenlərə şamil edilir.

Onların sinələrinin və baldırlarının açıq olması yolverilməzdir.

Allahın əmri, yoxsa qanun?

İranda İslami qaydalara riyayət edilməsinə polisdən başqa, ictimai və maaşlı polis rolunu oynayan “bəsiclər” də nəzarət edirlər.

Prezident Rouhani belə tədbirlərin əleyhinə olsa da, polis qüvvələri birbaşa ali rəhbərə tabedirlər.

Keçən həftə bir qrup İran rəsmisi ilə söhbətində Rouhani deyib ki, “Allahın əmrlərini və peyğəmbərin göstərişlərini yerinə yetirmək polisin vəzifəsi deyildir”.

“Polisin bir vəzifəsi var, - deyib prezident, - qanunları icra etmək”.

Onun bu qeydlərinə mühafizəkar ayətullahlar dərhal reaksiya veriblər. Ayətullah Nasser Makarem Shirazi deyib ki, “hamı, o cümlədən də polis şəriət qaydalarını tətbiq etməyə borcludur”.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG