Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:07

Albert Camus-nun romanını yenidən yazan ərəb yazıçı


Kamel Daoud

Kamel Daoud

-

Fransanın ən nüfuzlu mükafatı olan Goncourt "Ən yaxşı debüt roman" nominasiyasında əlcəzairli yazıçı Kamel Daoud-a verildi.

Onun "Merso, istintaq" romanı fransız yazıçısı Albert Camus-nun "Yad" romanının təsiri ilə yazılıb.

"Yad"da baş qəhrəman Merso bir ərəbi öldürür. Əlcəzairli yazıçının romanı həmin ərəbin qardaşının dilindən nəql edilir.

Ötən il Daoud başqa bir nüfuzlu mükafatı - Franois Mauriac ödülünü də qazanmışdı.

Daoud Əlcəzairin Oran şəhərində yaşayır. 44 yaşı var. Jurnalistdir.

Əlcəzair prezidenti Abdelaziz Bouteflika-nı sərt tənqid edən yazarlardandır.

Ötən ilin dekabrında ölkədəki sələfi imamı onu İslamın və ərəb dilinin düşməni olmaqda ittiham edib.

Daoudun romanı Goncourt-un ən nüfuzlu nominasiyada - "Ən yaxşı roman" nominasiyasında qısa siyahıya düşmüşdü.

Amma mükafatı "Ağlama" romanı ilə fransız yazıçısı Lydie Salvayre qazanmışdı.

New York Times-a istinadla OxuZalı

Günün bütün mövzuları

XS
SM
MD
LG