Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:41

Kiyev Donbas və Luhanskda könüllü silahlı birləşmələr olmadığını deyir


Foto arxiv

Foto arxiv

“Donbas və Luhansk vilayətlərində Ukraynadan olan könüllü silahlı birləşmələr vuruşmur”.

Bu barədə Ukrayna ordusunun baş komandanlığı məlumat yayıb.

Kiyevin məlumatına görə ölkənin şərqində yalnız Ukrayna ordusu və hüquq-mühavizə orqanlarının silahlı birləşmələri vuruşur.

Ukrayna mətbuatı bundan əvvəl Ukrayna millətçiləri təşkilatının konüllü batalyonunda vuruşan Dimitri Afanasievin xəstəxanada aldığı yaradan keçinməsi barədə məlumat yaymışdı.

Batalyonun məlumatına görə, o uzun müddət Peski qəsəbəsi və Donetsk hava limanında vuruşub.

Ukraynanın müdafiə nazirliyi isə bütün könüllü birləşmələrin cəbhə xəttindən çıxarılması ilə bağlı Minsk razılaşmasına tam əməl edildiyini bildirir.

Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində hökumət qoşunları ilə rusiyapərəst separatçılar arasında gedən döyüşlərdə 6 mindən çox adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG