Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:07

-

Bakıda ekspress avtobusların xidmət göstərəcəyi və dayanacağı ünvanlar müəyyənləşdirilib.

ANS-in məlumatına görə, Avropa Oyunları ərəfəsində və yarış günlərində xüsusi ünvanlarda dayanan ekspress avtobuslar oyunlar keçirilən ərazilərə gedəcək.

Ekspress avtobuslara metronun «Nizami», «28 may», «Gənclik», «Koroğlu», «Elmlər Akademiyası» və «20 yanvar» stansiyalarının yaxınlığındakı dayanacaqlarda minmək olar.

Avropa Oyunları keçirilən ərazilərdə xidmət göstərmək üçün Bakıya 300 ədəd «IVECO» markalı sərnişin avtobusu gətirilib.

Avtobuslar sərnişinlərin rahatlığı üçün lazım olan bütün vasitələrlə təchiz olunub. Avtobusda kondisioner, havalandırma, soyutma və istiləşdirmə sistemləri var.

Yeni avtobuslar əlilliyi olan şəxslərə də uyğundur.

Həmin avtobusları idarə etmək çün xüsusi geyimli sürücülər ayrılıb. Sürücülər xarici dil kursları keçiblər. Onlar paytaxtın bütün ərazilərini yaxşı tanıyır və təcrübəli sürücülərdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG