Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 15:03

Texasdakı hücuma görə cavabdehliyi İslam Dövləti qrupu üzərinə götürüb


Foto arxiv

Foto arxiv

İslam Dövləti qrupu mayın 3-də Texasda Məhəmməd Peyğəmbərin karikaturalarının nümayiş etdirildiyi sərgiyə edilmiş hücuma görə cavabdehliyi üzərinə götürüb.

Sərgiyə hücum edən Elton Simpson və Nadir Soofi təhlükəsialik qüvvələri tərəfindən öldürülüblər.

Müstəntiqlərin sözlərinə görə sərgiyə Simpson atəş açıb.

ABŞ rəsmiləri onun 2010-cu ildə məhkəməyə cəlb olunduğunu və Somalidə ekstremist hücumlar törətmək istəməsi barədə yalan danışdığına görə mühakimə olunduğunu deyirlər.

Federal Təhqiqat Bürosunda olan məlumatlara görə, o islamçılara qoşulmaq üçün, Cənubi Afrika və Somaliyə getmək istəyirmiş.

Amma rəsmilər onların mayın 3-də hücuma hazırlaşmalarından xəbərdar olmadıqlarını deyirlər.

Simpson Federal Təhqiqat Bürosuna yaxşı bəllidir və 2006 - 2010-cu illər arası terrorçuluqla bağlı aparılan istintaqın gedişində dəfələrlə sorğu-sual edilib.

Simpson təxminən 10 il imiş ki, Feniks İslam Cəmiyyəti mərkəzində sitayiş edirmiş.

Amma cəmiyyətin lideri Usama Shaminin sözlərinə görə, son 2-3 ay imiş ki, o mərkəzə gəlmirmiş.

Vəkilin sözlərinə görə səmimi və sayğılı olan Simpson islamı qəbul edibmiş.

Texasdakı Amerika-İslam əlaqələri şurasının rəhbərliyi bu hücumu pisləyib.

Şuranın icraçı direktoru Alia Salem bildirib ki, zorakı cavab, müsəlman üçün karikaturadan daha təhqiramizdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG