Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:46

Nazir: «Azərbaycan məktəblərində təmayülləşmə IX-XI sinifləri əhatə edəcək»


Mikayıl Cabbarov

Mikayıl Cabbarov

-

Bu ilin sentyabr ayından Azərbaycanın orta məktəblərində yuxarı siniflərdə təmayülləşmənin tətbiqinə başlanılacaq.

Trend-in məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov Heydər Әliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar keçirilən inşa yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimində deyib.

Nazir qeyd edib ki, bu islahat onlarla məktəbi əhatə edəcək. Hazırda yeniliyin tətbiqi üçün hazırlıq işləri aparılır.

M.Cabbarov bildirib ki, təmayülləşmə bütün ölkədə eyni vaxtda tətbiq edilməyəcək: «Bu yenilik ilk növbədə nazirliyin birbaşa tabeliyində olan məktəblərdə və bəzi digər seçilmiş məktəblərin 9-11-ci siniflərində tətbiq olunacaq. Məqsəd odur ki, şagirdlərin və valideynlərin seçiminə uyğun olaraq, onların akademik nailiyyətləri, göstəriciləri, maraqları təmin edilsin. Həmçinin, təhsil sistemi də yuxarı sinif şagirdlərinə onların daha çox əhəmiyyətli, mühüm hesab etdiyi fənlər üzrə təmayülləşməni təklif edə bilsin».

Günün bütün mövzuları

XS
SM
MD
LG