Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:59

Ağdamda tutulan erməni hərbçisi 15 il azadlıqdan məhrum edildi


Qarabağda erməni hərbçisi
Qarabağda erməni hərbçisi

-

Mayın 5-də erməni kəşfiyyatçı olduğu iddia edilən Arsen Baghdasaryan-a hökm oxunub. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 15 il azadlıqdan məhrum edilib.

apa-nın xəbərinə görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesində Arsen Baghdasaryan məhkəmə xərclərini (665 manat 45 qəpik) ödəməkdən azad olunub.

Arsen Baghdasaryan son sözündə Azərbaycanla 20 il əvvəl olduğu kimi sülh şəraitində yaşamaq istədiyini vurğulayıb. O bildirib ki, bunun üçün Qarabağ qaytarılmalıdır, başqa cür sülh şəraitində yaşamaq mümkün deyil.

İstintaqla müəyyən olunub ki, Arsen Baghdasaryan 2014-cü il dekabrın 26-da Azərbaycan hərbi qulluqçularının daha çox gedib-gəldiyi səngər yollarında piyada əleyhinə minalar yerləşdirdikdən sonra geri qayıtmaq istəyərkən tutulub.

XS
SM
MD
LG