Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:30

-

Həm Suriya hökumət qüvvələri, həm də yaraqlılar ölkənin şimalındakı Hələb şəhərində insan haqları pozuntuları törədiblər. Amnesty International hüquq-müdafiə təşkilatının mayın 5-də yaydığı hesabatda belə deyilir.

Hesabata görə, Prezident Bashar al-Assad qüvvələrinin bəzi hərəkətləri insanlıq əleyhinə cinayətə bərabərdir. Belə ki, Suriya ordusunun bu şəhərdə müxalifətin nəzarətində olan hissələrə hava zərbələri dinc sakinlərin ölümünə səbəb olub.

İnsan haqları qrupu Suriya hökumətinin çəllək bombalarından istifadəsini pisləyib, bu silahın dinc sakinləri sistematik və məqsədli hədəfə aldığını bildirib.

Amnesty deyir ki, bu taktika hərbi cinayətdir.

Qurum silahlıların da hökumətin nəzarətində olan ərazilərə raketlər, digər silahlar atmaqla pozuntular törətdiyini bildirir.

Hesabatda işgəncə, özbaşına saxlama, oğurlama hallarına hər iki tərəfin yol verdiyi vurğulanır.

Günün bütün mövzuları

XS
SM
MD
LG