Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:05

-

"2-3 il əvvəl fəhlələr qaş düzəldən yerdə vurub gözü çıxartdılar. Binanın üstünü təzələdilər, içərisini bərbad günə saldılar. Belə götürəndə, heç əvvəldən də yaxşı gündə deyildi".

Atatürk prospektindəki 2a saylı binanın sakinləri AzadlıqRadiosunun "Qaynar xətt"inə danışırlar. Deyirlər təqribən 3 il əvvəl binada quruculuq işləri aparmaq adı ilə binaın içərisini bərbad günə salıblar:

TƏZƏ EYVANLARDAN OTAQLARA SU SÜZÜLÜR

«O vaxt eyvanları söküb təzədən tikdilər, elə o vaxtdan da yağış yağanda otağımız suyla dolur. Ötən qış hər gün mətbəxdən vedrə-vedrə su daşıdıq tulladıq. 3 ildə binadakı təmirli evlər pis günə qaldı. Eyvanları necə düzəldiblərsə, suyu içəri vurur. Rütubətdən xəstəlik tapmışıq. Binadakı demək olar ki, əksər mənzillər bu gündədir".

Bunları danışan 29 ildir ki, bu binada yaşayan Sayad Mirzəyevadır. Onun sözlərimnə görə, vaxtında bu barədə iş icrasına da, Bakı şəhər İcra Hakimiyyətinə də məlumat verilib. Ancaq tədbir görülməyib:

DEDİLƏR DÜZƏLƏCƏK, HEÇ DÜZƏLMƏDİ...

"O vaxt iş icrasına da dəfələrlə dedik, evə gəldi, baxdı, dedi, düzəldəcəyik. 2 ilə yaxın iş getdi bu binada. Elə axıra kimi də dedi düzələcək. İşləri bitirəndən sonra da cıxıb getdilər. Heç nə düzəltmədilər. Naqillərə qədər hamısı qəzalı vəziyyətdə... Bircə dəfə də olsun evlərə girib vəziyyətlə maraqlanmadılar. Heç biz də dərdimizi demək üçün onları tapa bilmədik. Bir tərəfdən guya binanı təmir etdilər, o biri tərəfdən camaatın ev-eşiyi əldən getdi".

Sakin deyir, binada kanalizasiya xətləri tez-tez tutulur, blokların girişləri yaman gündədir. Heç zibillər də vaxtlı-vaxtında daşınmır. Naqillərsə qəzalı vəziyyətdədir.

"Binanın qarşısından keçənin gözü gözəllik görür. Ağ üzlüklər, bahalı eyvanlar, işıq effektləri... Ancaq o gözəlliyi görən gözün sahibi dönüb bir həyətə baş çəkə, bir binanın içərisindəki kommunikasiya ilə maraqlana... Bizdə hər şey belədir - altı təzək, üstü bəzək..."

Nərimanov rayon İcra Hakimiyyətindən isə bildirdilər ki, həmin binada üzləmə işləri aparılarkən qurumun və Bakı Şəhər İcra Haskimiyyətinin müvafiq departamentinin əməkdaşları mənzilləri daim nəzarətdə saxlayıblar. Yaranan problemi yerindəcə həll ediblər. İcra hakimiyyəti indi sakinlərin binadakı problemləri 3 il əvvəl görülmüş işlə əlaqələndirilməsini düzgün hesab etmir.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG