Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:13

"Almaniyaya girən baykerlər "Gecə Canavarları"nın üzvü deyil"


Rusiya baykerləri

Rusiya baykerləri

-

Almaniya Daxili İşlər Nazirliyinin sözçüsü deyir ki, mayın 3də Almaniyaya daxil olan rusiyalı baykerlərin millətçi Gecə Canavarları klubunun üzvü olmasına dair sübut yoxdur.

Kremlyönlü Gecə Canavarları 2-ci Dünya Müharibəsində nasist Almaniyası üzərində qələbənin 70 illiyini Berlinə motosiklet sürməklə qeyd etmək istəyirlər. AB-nin bəzi rəsmiləri bu planı tənqid edib, Polşa onlara viza verməyib. Narazılığa səbəb Rusiyanın Ukraynanın şərqindəki münaqişədir.

Almaniya DİN-in sözçüsü Tobias Plate mayın 4-də deyib ki, polis 10 baykerin sənədlərini yoxlayıb və onların Gecə Canavarlarına hansısa bağlılığına dair “konkret sübut” tapmayıb. Plate-nin sözlərinə görə, baykerlər millətçi qrupların üzvləri deyil, ona rəğbət bəsləyənlərdir.

Almaniya hökuməti qrup liderlərinə məxsusluğu güman edilən bir neçə nəfərə viza verməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG