Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:43

Texasda öldürülən silahlını FBI yaxşı tanıyırmış


Dallas yaxınlığında hücum məkanı

Dallas yaxınlığında hücum məkanı

-

Texasda Məhəmməd peyğəmbərin karikaturaları göstərilən sərgidə atəş açan silahlı təhqiqat altında olub, 2010-cu ildə Somalidə cihad aparma niyyəti barədə yalan danışdığına görə mühakimə də olunub. Bunu rəsmilər mayın 4-də bildirib. Silahlı Elton Simpson və dostu Nadir Soofi mayın 3-də Dallas yaxınlığında keçirilən sərgidə atəş açdığında görə polis tərəfindən öldürülüb.

ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FBI) Simpsonu yaxşı tanısa da, 2006-2010-cu illər ərzində onun 1500 saatlıq söhbətini yazsa da, sərgiyə hücum planından xəbər tutmayıb. Bunu bir rəsmi Associated Press agentliyinə deyib.

Simpson və Soofi zireh geyiniblər və mühafizəçini ayağından vurublar. Mühafizəçi xəstəxanada müalicə alıb və evə buraxılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG