Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:26

Təhlilçilər bildirirlər ki, Seneqal son illərdə Səudiyyə Ərəbistanından böyük maliyyə yardımları alıb.

Seneqal Yəməndə şiəməzhəb husilərə qarşı hərbi əməliyyatlar aparan Səudiyyə koalisiyasına 2 minlik əsgəri qüvvə göndərir.

Beləliklə Seneqal Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyasında ilk qeyri-ərəb ölkə olacaq.

Seneqal prezidenti Maki Sallaya hərbi dəstək verməsi üçün aprel ayında Səudiyyə Ərəbistanına səfəri zamanı müraciət edilmişdi.

Təhlilçilər bildirirlər ki, Seneqal son illərdə Səudiyyə Ərəbistanından böyük maliyyə yardımları alıb.

Onlar həmçinin vurğulayırlar ki, əhalisinin böyük hissəsi sünnilər olan Seneqalın Səudiyyə koalisiyasına qoşulması Yəməndəki münaqişənin məzhəb çalarını artıracaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG