Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:37

“Times” qəzeti xəbər verir ki, Rusiyalı investorlar son 15 ay ərzində Britaniyadan 356 milyard dollar çıxarıblar.

“Times” qəzeti xəbər verir ki, Rusiyalı investorlar son 15 ay ərzində Britaniyadan 356 milyard dollar çıxarıblar.

Qəzet bildirir kİ, bu, Britaniya seçkilərindən sonra ölkədə olacaq vəziyyətin qeyri-müəyyənliyi və Rusiyaya qarşı sanksiyaların gələcəyidir.

CrossBorder Capital maliyyə agentliyi bildirir ki, bu qədər pulun ölkədən çıxarılması misilsiz hadisədir və funt sterlinqin kursuna ciddi təsir göstərə bilər.

Bununla belə CrossBorder Capital agentliyi pulların hansı banklardan çıxarılıb hara köçürüldüyü barədə məlumat verməyib.

Bəzi ekspertlər isə bu hadisəni dolların güclənməsi ilə əlaqələndirirlər. Onların fikrincə, dolların məzənnədə qalxması rusiyalı investorları pullarını funt sterlinqdən dollara keçirməyə sövq edir.

Digər tərəfdən ruslar pullarını əsasən Moskva üzərinə Ukraynaya görə qoyulan sanksiyalardan sonra çıxarmağa başlayıblar.

Ötən ilin dekabrında Rusiya prezidenti Vladimir Putin oliqarxlara öz pullarını “vətənə qaytarmağa” çağırmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG