Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:46

"Ay və tonqallar" Azərbaycan dilində!


"Qanun" nəşriyyatı tanınmış italyan yazıçısı Cesare Pavese-nin "Ay və tonqallar" romanını çap edib.

Bu, yazıçının ən məşhur əsərlərindən biridir.

Pavese onu 42 yaşında yazıb. Elə həmin il də intihar edib - Hollivud aktrisası Constance Dowling ilə uğursuz sevgi macərasından sonra.

Bu, sanki ömrünün qürub çağını yaşadığını anlayan tənha birisinin yazdığı əsərdir.

Romanın adsız qəhrəmanı Amerikadan İtaliyaya - öz doğma yurduna qayıdır. Gənclik illərini xatırlayır.

Onun işləri Amerikada yaxşı getsə də, bu uğur onun uşaqlığının keçdiyi yerləri, müharibədən sonra vətənindəki vəziyyəti öyrənmək istəyini basdıra bilmir.

Dəhşətli faşizm illərindən sonra vətənində nələrin baş verdiyini öyrənmək üçün qayıtdığı ölkəsində qarşılaşdığı mənzərə romanda son dərəcə güclü lirizm yaradır.

Tərcümə Kifayət Haqverdiyevanındır.

Günün bütün mövzuları

XS
SM
MD
LG