Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:33

-

Gürcüstanda böyük ədəbiyyat festivalı gözlənilir.

Tbilisi Beynəlxalq Ədəbiyyat Festivalı mayın 18-24-də baş tutacaq.

Yazarlar öz ölkələrindəki ədəbi proseslər, yazarların ictimai-siyasi proseslərdə iştirakları barədə mühazirələr oxuyacaq, ədəbi nümunələrini təqdim edəcək, kitab təqdimatları, poeziya gecələri, tələbələrlə görüşlər keçirəcəklər.

Bundan başqa festivalda iştirak edən yazarlarının yaradıcılıq nümunələri ingilis və gürcü dillərində broşürlar şəklində təqdim olunacaq.

Festivalda Fransanı Filipp Besson, Belarusu Svetlana Alekseeviç, Avstriyanı Raul Sxrot, Rusiyanı Vera Pavlova, Polşanı Mikolay Lojinski, Ukraynanı Sara Bauer, Serji Zadan, ABŞ-ı Kerolayn Forş və Kimberly Conson, İtaliyanı Klaudio Pozzani, Kanadanı Yosip Novakoviç, Gürcüstanı Zviad Ratiani, Anna Samadaşvili, İranı Mahmud Dovlatabi təmsil edəcək.

Azərbaycanı təmsil edəcək şairə Günel Mövlud festivalda “Şair və vətəndaş” mövzusunda çıxış edəcək.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG