Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:33

-

Azərbaycan mədəniyyətinə itki üz verib.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, mayın 4-də tanınmış kinorejissor Nicat Feyzullayev vəfat edib.

Nicat Feyzullayev 1945-ci il noyabrın 1-də Bakıda iki yaradıcı şəxsiyyətin-görkəmli rəssamlar Lətif Feyzullayev və Vəcihə Səmədovanın ailəsində doğulub.

1964-1969-cu illərdə Azərbaycan Politexnik İnstitutunda təhsil alsa da, sonralar taleyini uşaqlıqdan maraq göstərdiyi kinematoqrafla bağlayıb.

1973-1979-cu illərdə Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunda görkəmli kino xadimlərindən dərs alıb.

1970-ci ildən «Azərbaycanfilm» kinostudiyasında çalışan N.Feyzullayev bir sıra bədii və sənədli filmlərin quruluşçu-rejissoru, ssenari müəllifi, rejissor assistenti olub. «Küçələrə su səpmişəm», «Arvadım mənim, uşaqlarım mənim» filmlərini çəkib.

«Yaşa, qızıl balıq», «Anaya məktub», «Şirvanda izim qaldı», «Azərbaycan rəngkarlığının kraliçası» sənədli filmlərinin müəllifi olub.

«Mozalan» kinojurnalına çəkdiyi süjetlərdə əsl vətəndaş mövqeyi ilə seçilib.

Nicat Feyzullayevin xatirəsi onu tanıyanların, sənət dostlarının, kinosevərlərin qəlbində yaşayacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG