Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 23:00

BMT rəsmiləri Belarusu azad və ədalətli seçki keçirməyə çağırıblar


UN human rights council logo

UN human rights council logo

BMT-nin xüsusi elçiləri Belarus hakimiyyətini ölkədə azad və ədalətli seçki keçirməyə çağırıb və ölkədəki qorxu ab-havasını pisləyiblər.

Onlar təşkilatın insan haqları üzrə şurasının mayın 4-də Cenevrədə keçirilən toplantısında Belarus hökumətini ölkədəki bütün siyasi məhbusları azad etməyə və edamlara son aoymağa çağırıblar.

20 ildən çoxdur ki, Belarusu 60 yaşlı prezident Aleksandr Lukashenka idarə edir.

O noyabrda keçiriləcək seçkilərdə növbəti müddətə prezident seçilmək istəyir.

ABŞ-ın şuradakı xüsusi elçisi Keith Harper ATƏT-in tövsiyələrinə cavab vermək üçün , Belarusu seçki qanunveriliciliyində dəyişiklik etməyə çağırıb.

O qeyd edib ki, Belarus seçki ərəfəsində

Belarusun şuradakı elçisi Mikhail Khvostov isə ölkəsində seçkinin şəffaf keçirilməsi üçün çox iş görüldüyünü təkid edib.

O qeyd edib ki, buna təminat verilməsinə kömək etmək üçün ölkəyə beynəlxalq müşahidəçilər dəvət olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG