Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:40

Ukrayna ordusu son gün ərzində atəşkəsin 90 dəfədən çox pozulduğunu deyir


Foto arxiv

Foto arxiv

Son gün ərzində Ukraynanın şərqində 2 Ukrayna əsgəri həlak olub, 5-i isə yaralanıb.

Ukrayna ordusunun komandanlığından verilən məlumata görə hərbi maşın Luhansk vilayətində minaya düşüb.

Bundan başqa Mariupol ətrafındakı Şirokino kəndində gedən döyüşlərdə bir neçə nəfər yaralanıb.

Ukrayna ordusunun nümayəndəsi Aleksandr Motuzyanyk son 24 saat ərzində atəşkəs rejiminin separatçılar tərəfindən 90 dəfədən çox pozulduğunu deyir.

Öz növbəsində separatçılar son gün ərzində Donetskin atəşə tutulması nəticəsində 2 dinc sakinin öldüyünü, 13 nəfərinsə yaralandığını deyirlər.

“Ukrainskaya pravda” portalı pilotsuz aparatın Donetsk hava limanından çəkdiyi fotonu yerləşdirib.

Hava limanı demək olar ki, tamamilə dağıdılıb. Amma uçuş-eniş xəttinə elə də güclü ziyan dəyməyib. Həmçinin ətrafda xeyli binanın tamamilə dağıdıldığı və ya gücli ziyan dəydiyi görsənir.

Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində hökumət qoşunları ilə separatçılar arasında gedən döyüşlərdə 6 mindən çox adam ölüb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG