Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 16:00

Ankarada səfərdə olan Azərbaycanın müdafiə naziri, Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti mayın 4-də Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün qəbrini ziyarət edib.

Müdafiə Nazirliyinin məlumatına görə, bundan sonra Türkiyə ordusunun Baş Qərargahında Azərbaycan,Türkiyə və Gürcüstan müdafiə nazirlərinin görüşü keçirilib.

Görüşdə 3 ölkə arasındahərbi əməkdaşlığın tənzimlənməsi məqsədilə Koordinasiya Qrupunun yaradılması barədə qərar qəbul edilib.

Yeni qurumu yaratmaqda məqsəd birgə təlim vəkurslar keçirmək, təhsil və tibb sahəsində əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsi və qarşılıqlı maraq doğuran digər məsələləri koordinasiya eləməkdir.

Görüşün yekunlarına dair Protokol imzalanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG