Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:50

2 Ukrayna əsgəri Luhansk vilayətində minaya düşərək həlak olub.

Bundan başqa 3 əsgərin yaralandığı xəbər verilir.

Luhansk regionunun Ukrayna tərəfindən təyin edilmiş rəhbəri Hennadiy Moskal mayın 4-də hərbi maşının Yekaterinivka kəndi yaxınlığında minaya düşdüyünü deyir.

Luhanskın cənubu hazırda rusiyapərəst separatçıların nəzarətindədir.

Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində hökumət qoşunları ilə separatçılar arasında gedən döyüşlərdə 6 mindən çox adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG